Bank Of Baku

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası “Vətəndaş cəmiyyətinin inkişafı naminə tərəfdaşlıq” mövzusunda dəyirmi masa keçirib

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası “Vətəndaş cəmiyyətinin inkişafı naminə tərəfdaşlıq” mövzusunda dəyirmi masa keçirib
# 06 noyabr 2008 12:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası “Vətəndaş cəmiyyətinin inkişafı naminə tərəfdaşlıq” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, şuranın sədri Azay Quliyev son illərdə QHT sektorundakı inkişafdan danışıb: “Bu il QHT-lərə dəstəklə bağlı konsepsiyasının qəbulu üçüncü sektor üçün yeni mərhələnin başlanğıcıdır. 10 öncə hökumət QHT-ləri tərəfdaş kimi qəbul etmədiyi təqdirdə, bu gün artıq Azərbaycan dövləti vətəndaş cəmiyyətinin nümayəndələri ilə bir sıra layihələr həyata keçirir. Həmçinin QHT-lərin maliyyələşməsi ilə bağlı qurum yaradır”. A. Quliyev deyib ki, növbəti illər üçün şuranın layihə qəbulu ilə bağlı açıqladığı əsas istiqamətlərdə dəyişikliklərin və zənginləşdirmələrin olması da nəzərdə tutulub. Şuranın eksperti Anar Kazımov isə tərəfdaşlığı imkanlarının qiymətləndirilməsi ilə bağlı məlumatları açıqlayıb. Sonra tədbir toplantıda iştirak edən beynəlxalq təşkilatların nümayəndələrinin şura sədrinə sualları və mövzu ətrafında müzakirələrlə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR