Bank Of Baku

“Gürcüstandakı azərbaycanlıların problemləri” mövzusunda dəyirmi masa keçirilib

“Gürcüstandakı azərbaycanlıların problemləri” mövzusunda dəyirmi masa keçirilib
# 06 noyabr 2008 12:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Qafqaz Araşdırmalar Mərkəzi “Gürcüstandakı azərbaycanlıların problemləri” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, mərkəzin sədri Kamran Ramazanlı deyib ki, bu ölkədə yaşayan azərbaycanlılar say etibarı ilə ikinci millət olsalar da, dövlətin onlarla olan münasibəti ürəkaçan deyil: “80 min nəfər olan abxazların dili Gürcüstanda ikinci dövlət dili kimi Konstitusiyada təsbit olunsa da, 500 minə qədər olan azərbaycanlının mədəni imtiyazları yavaş-yavaş əllərindən alınır. SSRİ dağılanda orada olan 180 Azərbaycan məktəbindən 62-si bağlanıb. Məktəblərdə tədris olunan 9-cu sinif coğrafiya dərsliyində isə azərbaycanlılar bu bölgəyə gəlmə kimi göstərilib”. Gürcüstanın Marneuli rayon icra hakimiyyəti başçısının müavini Hüseyn Yusifov isə bildirib ki, problemlər ölkənin bütün bölgələrində mövcuddur: “Bizim soydaşlarımız ölkə həyatı ilə yaşamır, təhsillə bağlı mövqelərini vahid şəkildə bildirmir, gənclər ölkəni tərk edir və sair bu kimi problemlər var. Təəssüf ki, azərbaycanlı gənclər Gürcüstan üçün kadr olmaqdan yayınırlar. Onların vətənə dönməsi vacibdir”. O, kənd təsərrüfatı sahəsində azərbaycanlıların qarşılaşdığı problemlərə də diqqəti çəkib və Azərbaycan dövlətindən və burada yaşayan imkanlılardan dəstək istəyib: “Borçalıda Azərbaycan musiqisini tədris edən məktəblərə ehtiyac var”. Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” Xalq Hərəkatının İdarə Heyətinin üzvü Ramiz Bəkirov bu ölkədə Azərbaycan dilinə regional dil statusunun verilməsini məqsədəuyğun hesab edib. Sonra tarixçi Xaləddin İbrahimli, Milli Məclisin deputatları Məlahət Həsənova və Gültəkin Hacıbəyli soydaşlarımızın problemlərinin həllinin vacibliyini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR