Bank Of Baku

Azərbaycanda Tvinninq Proqramının yeni illik tədbirlər planı hazırlanır

Azərbaycanda Tvinninq Proqramının yeni illik tədbirlər planı hazırlanır
# 06 noyabr 2008 12:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Tvinninq Proqramının növbəti illik planlaşdırmasının hazırlanması üçün Azərbaycanın bir sıra nazirlik və dövlət qurumları Tvinninq layihələrinin idarə olunması qurumuna ötən müddət ərzində gördükləri işlər barədə və gələn il üçün hazırladığı planlar barədə məlumat verəcək. Bu barədə «APA-Economics»ə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi xarici investisiyalar və texniki yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, Tvinninq layihələrinin idarə olunması qurumunun müdiri Əsgər Ələkbərov məlumat verib.
Ə.Ələkbərovun sözlərinə görə, Azərbaycanda nazirlik və digər dövlət qurumları gələn il üçün hansı layihələrin həyata keçirilməsi barədə məlumat verəcək ki, layihələr əsasən qanunvericilik sahəsini əhatə edəcək: «Bundan sonra biz Avropa İttifaqının növbəti iki il üçün ayıracaq maliyyə vəsaitinə uyğun olaraq təklifləri cəmləyib yekun vuracağıq».
Ə.Ələkbərov onu da qeyd edib ki, əsas məqsəd tədbirlər proqramını hazırlamaqdan ibarətdir.
Qeyd edək ki, Tvinninq Proqramı Avropa İttifaqı ölkələrinin dövlət qurumları və onların Azərbaycandakı tərəfdaşları arasında birbaşa əməkdaşlığı nəzərdə tutur. Tvinninq Proqramı 1998-ci ildə Avropa Komissiyası tərəfindən Mərkəzi və Şərqi Avropanın Aİ-yə yeni üzv olan ölkələrinin «Community acquis», yəni qanunvericilik toplusu ilə uyğunlaşmasına yardım etmək məqsədilə tətbiq edilib.
Azərbaycanda Tvinninq Proqramının icrasına 2004-cü ildə başlanılıb. Hazırda Tvinninq layihələri Aİ-nin Avropa Qonşuluq Siyasətini həyata keçirməyə razılıq vermiş ölkələrdə (Aralıq dənizi ölkələri, Ukrayna, Moldova və Cənubi Qafqaz respublikaları) tətbiq olunmağa başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR