Bank Of Baku

Azərbaycanın mədəniyyət və turizm naziri Ümumdünya Turizm Təşkilatının iclasına qatılıb

Azərbaycanın mədəniyyət və turizm naziri Ümumdünya Turizm Təşkilatının iclasına qatılıb
# 06 noyabr 2008 14:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının (ÜTT) strateji qrupunun Madriddə (İspaniya) bu gün başlayan növbəti iclasında iştirak edir. Mədəniyyət və Turizm Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclas noyabrın 8-dək davam edəcək.
ÜTT-nin strateji qrupuna 50 ölkənin turizm naziri üzvdür. Ə.Qarayevin də üzvü olduğu bu qrupun iclasında ÜTT ilə bağlı bır sıra məsələlər, o cümlədən 2030-cu ilədək dünya ölkələrində turizmin inkişaf strategiyası, turizmdə qlobal disbalanslaşma, turizmin uzun və qısamüddətli inkişaf strategiyaları ilə bağlı müzakirələr aparılacaq.
Nazirlikdən bildirilib ki, Ə.Qarayev bu tədbirdən sonra noyabrın 9-12-də Düşənbədə (Tacikistan) keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmək üçün həmin ölkəyə səfər edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR