Bank Of Baku

Bu gündən Azərbaycan ərazisində hava soyumağa başlayacaq, intensiv yağışlar və sulu qar yağacaq

Bu gündən Azərbaycan ərazisində hava soyumağa başlayacaq, intensiv yağışlar və sulu qar yağacaq
# 07 noyabr 2008 08:12 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, temperaturlar tədricən 7-8 dərəcəyə düşəcək. Yaxın üç gün ərzində ölkə ərazində yağmurlu hava şəraiti müşahidə ediləcək.

Noyabrın 8-10-da Azərbaycanın rayonlarında yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq, yüksək dağlıq ərazilərdə isə yağıntılar sulu qara keçəcək. Havanın temperaturu noyabrın 8-də gecə 2-7, gündüz 10-15, dağlarda gecə 1-3, gündüz 3-6 dərəcə isti, 9-10-da gecə 2-7, gündüz 12-16 dərəcə, dağlarda gecə 0-3, gündüz 3-7 dərəcə isti qeydə alınacaq. Noyabrın 10-da gündüz qərb rayonlarında yağıntıların tədricən kəsiləcəyi gözlənilir.

Yaxın üç gün ərzində Bakı və Abşeron yarımadasında da yağış gözlənilir. Noyabrın 7-9-da Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcək, atmosfer təzyiqi kəskin yüksələcək, güclü xəzri küləyi əsəcək, temperatur 5-7 dərəcə düşəcək. Belə meteoroloji şərait meteohəssas insanlar üçün əlverişsiz hesab edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR