Bank Of Baku

Naxçıvanda bütün şəkər xəstələri qanda şəkərin miqdarını təyin edən qlükometr aparatları ilə təmin edilib

Naxçıvanda bütün şəkər  xəstələri  qanda şəkərin miqdarını təyin  edən qlükometr aparatları ilə təmin edilib
# 07 noyabr 2008 08:37 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasında (MR) şəkər xəstəliyindən əziyyət çəkən bütün xəstələr pulsuz olaraq qanda şəkərin miqdarını təyin edən qlükometr aparatları ilə təmin edilib. Naxçıvan MR Səhiyyə Nazirliyinin əməkdaşı İlqar Həsənovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, ümumilikdə əvvəlcədən qeydiyyata alınmış 3 min 477 xəstəyə belə aparatlar təqdim olunub. Vətəndaşlar səhiyyə müəssisələrinə müraciət etmədən ev şəraitində səhhətlərini daimi nəzarətdə saxlaya biləcəklər. Təqdim olunan qlükometrlər Macarıstan istehsalıdır. «Sensolayt Nova» markalı aparatların 1200 –i Naxçıvan MR Endokrinoloji Dispanser, 2 min 277-si isə regionun bölgələri üzrə paylanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR