Bank Of Baku

İşğaldan azad olunacaq ərazilərin partlayıcı maddələrdən təmizlənməsi üçün 1 milyard ABŞ dolları lazımdır

İşğaldan azad olunacaq ərazilərin partlayıcı maddələrdən təmizlənməsi üçün 1 milyard ABŞ dolları lazımdır
# 07 noyabr 2008 11:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “İşğaldan azad olunacaq ərazilərin minalardan və digər partlayıcı maddələrdən təmizlənməsi üçün 1 milyard ABŞ dollarına yaxın vəsait lazım olacaq”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Nazim İsmayılov deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi sona çatdıqdan sonra hərbi əməliyyatlar aparılan və şübhəli bilinən 600 milyon kvadrat metr ərazi minalardan təmizlənməlidir: “Bunun üçün 10-15 il vaxt lazımdır. Bundan başqa isə bu böyük vəsait tələb edən prosesdir. Digər ölkələrin təcrübəsini öyrənərək demək olar ki, 600 milyon kvadrat metr ərazini təmizləmək üçün 600 milyon - 1 milyard ABŞ dolları lazımdır. Biz həmin dövrə hazır olmalıyıq. Bu məsələdə beynəlxalq donor təşkilatların dəstəyinə ehtiyac var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR