Bank Of Baku

Göyçayda “Nar bayramı” keçirilib

Göyçayda “Nar bayramı” keçirilib
# 07 noyabr 2008 12:06 (UTC +04:00)
Göyçay. Zahid Abışov-APA. Bu gün Göyçay rayonunda “Nar bayramı” keçirilib. APA-nın Aran bürosunun xəbərinə görə, tədbir Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. “Nar bayramı”nda rayon rəhbərliyi ilə yanaşı, Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov, nəqliyyat naziri Ziya Məmmədov, millət vəkilləri, ətraf rayonların icra hakimiyyəti başçıları iştirak edib. Bayram tədbirləri rayonun “Dörd yol” adlanan ərazisindən başlanıb və Göyçay şəhərində davam etdirilib. İştirakçılara nar və nardan hazırlanan məhsullar nümayiş etdirilib. Bayram tədbirində iki Göyçay sakinin nigah mərasimi keçirilib. “Nar bayramı” konsert proqramı ilə davam etdiriləcək.
Qeyd edək ki, Göyçay rayonunda artıq üçüncü ildir ki, “Nar bayramı” keçirilir. Rayonda təxminən 3 min hektar sahədə nar yetişdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR