Azərbaycanın dövlət bayrağının üzərindəki ay-ulduzun mənası nədir? – ARAŞDIRMA
Bayraq SSRİ dövründə...
Bununla belə, üçrəngli bayraqla bağlı sovet dönəmində müəyyən faktlara rast gəlinir. 1956-cı ildə üçrəngli bayraq yaşadığı quruluşa nifrətini açıq şəkildə bildirən Cahid Hilaloğlu tərəfindən Qız qalasının üzərinə qaldırılıb. Bu hərəkətinə görə, Cahid Hilaloğlu 4 il azadlıqdan məhrum edilir, ona bu işdə yardım edən Çingiz Abdullayev isə ruhi xəstəliklər dispanserinə salınıb.
1952-ci il mayın 28-də isə mühacirətdə olan azərbaycanlıların Almaniyada keçirdiyi Respublika Günündə M. Ə. Rəsulzadə üçrəngli bayrağı başı üzərinə qaldırıb onu Azərbaycana aparmaq üçün kimə etibar etməli olduğunu soruşur. Zaldakılardan Gülmirzə Bağırov bu əmanəti götürür və 70-ci illərdə həyat yoldaşının bədəninə sarıyıb Vətənə gətirir. 90-cı ilin 20 Yanvarında bu bayraq onun Maştağadakı evinin damından asılıb.
Bayraq müstəqillik illərində...
M. Ə. Rəsulzadənin məşhur “Bir kərə yüksələn bayraq bir daha enməz” deyimi öz təsdiqini Azərbaycanda azadlıq hərəkatı başlayandan sonra tapıb. SSRİ imperiyasına qarşı meydanlarda qaldırılan bayrağa ilk hüquqi status isə 1990-cı ildə verilib. Həmin il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə üçrəngli bayraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq, "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" qanunu qəbul edib. Ötən il noyabrın 17-də prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, paytaxtı Bakıda Dövlət bayrağı meydanının yaradılması qərara alınıb. Hazırda meydanın yaradılması prosesi başa çatmaq üzrədir.
Qeyd edək ki, Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng Azərbaycan xalqının türk mənşəli olduğunu, qırmızı rəng - müasirlik, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Bayrağımızın üzərindəki ay-ulduzun mənası nədir?
Üçrəngli bayrağımızın rəngləri ilə bağlı fikirlər məlum olsa da, bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov APA-ya bildirib ki, bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə, C. Bəhramovun sözlərinə bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır.
Tarixçi alim Nəsib Nəsibli isə APA-ya deyib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb: ““Türk qanlı, islam imanlı, Avropa qiyafəli olalım” şüarı üç rəngin açmasıdır. Bu açmanı ilk dəfə Əli bəy Hüseynzadə 1895-ci ildə verib. Ay isə orta əsrlərdən bir sıra müsəlman dövlətlərində İslamın rəmzi kimi qəbul olunub. Ayla-ulduzun bir yerdə olması xoşbəxtlik rəmzi sayılır”. N. Nəsiblinin sözlərinə görə, ulduzun səkkizguşəli olması ilə bağlı da müxtəlif versiyalar var: “Səkkizguşəli ulduz “cənnətin səkkiz qapısı” anlamına gəlir. Səkkiz rəqəmi daha çox şiəliklə bağlıdır. Bu, həmin dövrdə Azərbaycan əhalisinin çoxunun şiə olması ilə də izah oluna bilər. Həmin dövrdə Osmanlı dövlətinin bayrağı yeddi ulduzlu idi”.
N. Nəsiblinin sözlərinə görə, Cümhuriyyət qurucularının məhz bu ideyaya görə bayrağı səkkizguşəli etdiklərini demək çox çətindir və risk tələb edir: “Bu, ehtimallardan yalnız biridir. Beş guşəli ulduz xristianlığı, altı guşəli ulduz yəhudiliyi, yeddi guşəli ulduz sünniliyi, səkkiz guşəli ulduz şiəliyi, doqquz guşəli ulduz isə bəhailiyi ifadə edir. Hər halda, səkkizguşəli ulduzun mənaları ilə bağlı elə bir konkret izaha rast gəlməmişəm. Yalnız ayla ulduzun xoşbəxtlik rəmzi olması haqqında məlumatlarla tanışam”.
Tarixçi alim Cəmil Həsənli bildirib ki, ay-ulduz türk simvolları hesab olunur: “Bu məsələyə münasibətdə vahid fikir yoxdur. Qədim türk mifologiyasına görə, ulduzların sayı həmin xalqların taleyində rol oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verib”. C. Həsənlinin sözlərinə görə, Xalq Cümhuriyyəti dövründə bayraq qəbul olunarkən üç rəngin mənası göstərilsə də, ay-ulduzla bağlı izah verilməyib.
AMEA-nın dissertantı Akif Məmmədli isə APA-ya bildirib ki, aypara Qafqaz Albaniyasından qalmadır. Qafqaz Albaniyasında ay insanların inanc gətirdiyi varlıq hesab olunub. Albaniyada hökmdardan sonra ən müqəddəs varlıq ay məbədinin kahinləri sayılırdı. Səkkizguşəli ulduzun mənasını isə Akif Məmmədli belə aşıqlayıb: “Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir”.
Sosial
Elnarə Akimova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması zamanın tələbidir
Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirilib
Ağdamda əmək yarmarkasında 160-dan çox vakansiya təqdim edilib
Ölkə üzrə iyun ayının pensiya ödənişləri yekunlaşdırılıb
Xəbər Lenti
DÇ-2026: ABŞ millisi Avstraliyanı məğlub edib
Tramp: İsraili Livanla atəşkəsə şəxsən mən razı saldım
ABŞ kəşfiyyatı İsrailin Vaşinqton-Tehran razılaşmasına mane ola biləcəyindən narahatdır
Tramp: Rusiyanın iştirakı ilə G8 formatı saxlanılsaydı, Ukrayna böhranının qarşısı alına bilərdi
Times: Starmer yaxın günlərdə istefa verə bilər
Tramp Kubada Venesuela ssenarisinə oxşar əməliyyat keçirilməsi ehtimalını istisna etməyib
Tramp: Hörmüz boğazını hərbi yolla açmaq mümkün olmazdı
Niderland NATO üçün "MQ-9 Reaper" PUA-larından istifadə edəcək
Makron: Avropa İttifaqı Ukrayna üzrə danışıqlarda vasitəçi ola bilməz
Merz: Ukrayna müharibə vəziyyətində olduğu müddətdə Aİ üzvü ola bilməz
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
Fon der Lyayen İsraili Livanın suverenliyinə hörmət etməyə çağırıb
Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyini ziyarət edib
İstanbulda hava limanına gedən metro qatarı relsdən çıxıb
Zelenski: Tramp Rusiyaya qarşı sanksiyalara qayıdacağını və Ukraynaya yardımı artıracağını vəd edib
Zelenski Lukaşenkoya bir həftə vaxt verib
Dübəndi sahilində aşkarlanan neft qalıqları ərazidən kənarlaşdırılıb - FOTO - VİDEO
Rüstəm Minnixanov Prezident İlham Əliyevi təbrik edib
“TEAS Press”in keçirdiyi gənclərin roman müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
Çingiz Əsgərov Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə qərarını qəti şəkildə rədd edir
Balaxanı neftçiləri ADNSU-da Geologiya Elmləri üzrə Tədqiqat təqaüdü təsis etdilər - FOTO
DÇ-2026: Braziliya qələbə axtarışında
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
Ukrayna PUA-ları Moskvaya kütləvi hücum edib, 80-ə yaxın dron vurulub - YENİLƏNİB-1
Dövlət proqramının hədəfləri, fermerlərin gözləntiləri: Şəmkirdə keçirilən aqrar müşavirədən REPORTAJ
Aİ Rusiyanın ticarət məhdudiyyətlərinə görə Ermənistana 34 milyon avro ayırıb
Azərbaycan şahmatçısı Aydın Süleymanlı dünya çempionu Maqnus Karlseni məğlub edib - FOTO
Rəsmi Tehran: AEBA müfəttişlərinin nüvə obyektlərində təftiş aparması planlaşdırılmır
Caner Erkin karyerasını başa vurduğunu açıqlayıb
İsrail Livanı bombalayıb, 47 nəfər ölüb - YENİLƏNİB
İran XİN Hörmüz boğazının bağlanmasına dair xəbərləri təkzib edib
DİM: Sıfır bal toplayanlar ən çox riyaziyyat, coğrafiya və kimya fənləri üzrədir
Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb - FOTO
İran XİN: ABŞ-la yaxın günlərdə görüşün keçirilməsi üçün hazırlıq görülür
Elnarə Akimova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması zamanın tələbidir
Qəbul imtahanlarında abituriyentlərin 21.4%-i fənlərin ən azı birindən sıfır bal toplayıb
DİM: Azərbaycan və rus bölmələrində abituriyentlərin hazırlıq səviyyəsi arzuolunan deyil
MN-in Tibb İdarəsində müşavirə keçirilib
DİM: İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var
Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük olunub - FOTO
Qəbul və buraxılış imtahanlarında aşkarlanan qayda pozuntuları açıqlanıb
DİM: Ortastatistik məzun təhsil proqramının 40–77%-ni mənimsəmir
I–IV ixtisas qrupları üzrə abituriyentlərin 40 faizə yaxını 200-dən az bal toplayıb
“Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” QSC-lərin nizamnamələri təsdiqlənib
Əraqçi İsraili "daimi müharibə" istəməkdə günahlandırıb
"Reuters": ABŞ-la Qətərin vasitəçiliyi ilə İsrail və "Hizbullah" atəşkəsə razılaşıb
Sabunçuda 12 il əvvəl evi qarət etdikdən sonra qətl törədən şəxsə hökm oxunub