Bank Of Baku

“Oğurlanmış tarix: soyqırım” adlı kitabın təqdimatı keçirilib

“Oğurlanmış tarix: soyqırım” adlı kitabın təqdimatı keçirilib
# 07 noyabr 2008 14:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Yeni nəşr olunmuş “Oğurlanmış tarix: soyqırım” adlı kitabın təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimatda çıxış edən Milli Məclisin deputatı Gülər Əhmədova bildirib ki, kitabda ermənilərin ərazi iddiaları, ötən əsrin əvvəllərindən bəri Azərbaycan türklərinə qarşı törətdikləri soyqırım və Qərbi Azərbaycanda XX əsrin sonlarında baş verən proseslər öz əksini tapıb. Kitabın müəllifi, müstəqil tədqiqatçı Sənubər Sarallı isə deyib ki, 20 illik tədqiqatın nəticəsi olan kitab Beynəlxalq Diaspora Mərkəzinin və Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə nəşr olunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Gültəkin Hacıbəyli, Nizami Cəfərov, Sabir Rüstəmxanlı və digərləri də kitabı yüksək qiymətləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR