Bank Of Baku

Ağdaş rayonunun daha iki kəndinə təbii qaz verilişi bərpa olunub

Ağdaş rayonunun daha iki kəndinə təbii qaz verilişi bərpa olunub
# 07 noyabr 2008 23:30 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov-APA. Bu gün Ağdaş rayonunun daha iki kəndinə təbii qaz verilişi bərpa olunub. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Şəmsabad və Birinci Aral kəndlərinin əhalisi 16 ilik fasilədən sonra yenidən təbii qazdan istifadə etməyə başlayıblar. Kəndlərin qazlaşdırılması üçün ümumi uzunluğu 4,8 kilometr olan qaz xətti yenidən bərpa olunub. Şəmsabad kəndində 220, Birinci Aral kəndində isə 176 abonent təbii qazla təmin olunub. 1992-ci ildə istifadəsiz qalan qaz xətləri yerli bələdiyyələrin və əhalinin birgə səyi nəticəsində bərpa olunub.
Gələn həftə isə rayonun Aşağı Qəsl və Ərəb kəndlərinə də təbii qaz veriləcəyi gözlənilir. Kəndlərdə ümumilikdə 6, 5 kilometr uzunluğunda olan qaz xətlərinin bərpası və 300-ə yaxın abonent üçün sayğacların quraşdırılması prosesi davam etdirilir.
Hazırda rayonun 19 kəndində təbii qazdan istifadə olunur. İlin sonun kimi daha beş kəndin qazlaşdırılması istiqamətində iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR