Bank Of Baku

Bu gün Metropoliten işçilərinin peşə bayramıdır

Bu gün Metropoliten işçilərinin peşə bayramıdır
# 08 noyabr 2008 08:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Bu gün Bakı Metropoliteninin əməkdaşları peşə bayramlarını qeyd edirlər. APA-nın məlumatına görə, 1967-ci il noyabrın 7-də Bakı Metropolitenin 5 stansiyası və 9,2 km-lik yeraltı xətləri olan Ι növbəsi istismara verilib. 1967-ci il noyabrın 25-dən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlanıb. Hazırda Bakı Metropoliteninin 21 stansiyası və 1 deposu var. Sonuncu «Nəsimi» stansiyası oktyabrda istifadəyə verilib. Gələn il isə «Azadlıq» adlı daha bir stansiya istifadəyə veriləcək. 2025-ci ilədək 41 stansiyanın tikintisi nəzərdə tutulur. Bu dövrdə Sumqayıta, Heydər Əliyev Beynəlxalq Hava Limanına və Badamdar qəsəbəsinə də metro xətlərinin çəkilməsi planlaşdırılır.

Xatırladaq ki, 1993-1995-ci illərdə Bakı metropolitenində həyata keçirilmiş terror aktları nəticəsində insanlar həlak olub, texnika, hərəkət qatarları və stansiya avadanlıqları sıradan çıxıb. Bu cür halların qarşısının alınması, metroda sərnişinlərin daxil olmasına və metrodakı davranışına nəzarətin gücləndirilməsi məqsədilə hazırda bütün stansiyaların vestibüllərində, platformalarında və eskalatorlarda göstəriciləri mərkəzində və stansiya rəislərinin otaqlarında qurulan monitorlara verilmək şərtilə telenəzarət həyata keçirilir.

Qeyd edək ki, hazırda Bakı Metropoliteninin rəisi Tağı Əhmədovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR