Bank Of Baku

Babək rayonunun yaradılmasının 30 illik yubileyi rəsmi səviyyədə qeyd olunub

Babək rayonunun yaradılmasının 30 illik yubileyi rəsmi səviyyədə qeyd olunub
# 08 noyabr 2008 09:09 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun yaradılmasının 30 illik yubileyi rəsmi səviyyədə qeyd olunub. APA-nın yerli bürosunun məlumatına görə, bu münasibətlə təşkil olunmuş tədbirdə çıxış edən Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov rayonun yaranma tarixindən danışıb. Babək rayonunu tarixi və mədəni dəyərlərimizin daşıyıcısı kimi qiymətləndirən V. Talıbov elmi-tarixi əhəmiyyətinə görə burada mövcud abidələrin eradan əvvəl beşinci minillikdən üzü bəri insan yaşayışını xronoloji ardıcıllıqla izlənməsinə imkan verən ərazi olduğunu bildirib.

Ali Məclis sədri 30 il ərzində rayonun böyük inkişaf yolu keçdiyini deyib, bütün bunların nəticəsi kimi 2008-ci ildə 40 adda sənaye məhsulunun istehsal olunduğunu, son 10 ildə 32 yeni sənaye və emal sahəsinin yaradıldığını qeyd edib. O, həmçinin muxtar respublikanın energetikasının inkişafında 4 əsas elektrik stansiyasından 3-nün bu ərazidə qurulduğunu vurğulayaraq, Babək rayonunun son illərdə əldə etdiyi nailiyyətləri rəqəm və faktlarla təhlil edib.

Qeyd edək ki, Babək rayonunun 30 illik yubileyi Naxçıvan MR ali Məclisi sədrinin “Babək rayonunun təşkil olunmasının 30 illiyi haqqında” 7 iyun 2008-ci il sərəncamına əsasən keçirilir. Babək rayonu Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il oktyabrın 23-də təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR