Bank Of Baku

Bakıda islamofobiya və ksenofobiya problemlərinə həsr olunmuş mövzusunda beynəlxalq konfrans başa çatıb

Bakıda islamofobiya və ksenofobiya problemlərinə həsr olunmuş  mövzusunda beynəlxalq konfrans başa çatıb
# 08 noyabr 2008 10:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “İslamofobiya və ksenofobiyanın müxtəlif növləri: gənclərə təsiri və qarşısının alınmasında gənclərin fəaliyyəti” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans bu gün başa çatıb. APA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Avropa Şurası, İSESCO, Avropa Gənclər Forumu və “Dialoq və Əməkdaşlıq Uğrunda” İslam Konfransı Gənclər Forumu tərəfindən “Dini fərqlilikdən kənar” devizi altında təşkil olunan konfransın yekunu olaraq “Bakı Gənclər Təşəbbüsü” adlı sənəd qəbul olunub. “Bakı Gənclər Təşəbbüsü” Avropa Şurasına (AŞ) üzv dövlətlərdə irqi, dini, milli ayrı seçkiliyin bütün növlərinə qarşı mübarizəyə gənclər təşkilatlarının fəaliyyətini genişləndirməklə cavab verməyi qərara alıb. Sənədə görə, AŞ-ya üzv dövlətlərdə gənclər və dialoq, birgə dinc yaşayış, media və təhsil, söz və din azadlığı, din və gender bərabərliyi, sivilizasiyalar arası dialoqla bağlı gənclər təşkilatlarının layihələrini dəstəkləmək tövsiyə olunub. Qeyd edək ki, islamofobiya ilə bağlı növbəti konfransın dekabrda Tatarıstanda keçirilməsi qərara alınıb.

.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR