Bank Of Baku

Sabah vakant dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Sabah vakant dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
# 08 noyabr 2008 10:55 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Sabah 33 dövlət orqanında 601 vakant yer üçün test imtahanı keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən məlumat verilib. Dövlət qulluqçusu olmaq istəyən 2364 nəfərdən 1780-i (75 %) kişi, 584-ü (25 %) qadındır. Komissiya ən az və ən çox sənəd verilən dövlət qurumlarının da adlarını açıqlayıb. Namizədlərin ən çox sənəd verdikləri dövlət orqanı İqtisadi İnkişaf Nazirliyidir - 49 vakant yerə 406 namizəd. Müsabiqə vəziyyətinə görə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi (1 vakant yerə 95 namizəd) və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (1 vakant yerə 25 namizəd) öndədir. Ən az sənəd verilən dövlət orqanı isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir - 16 vakant yerə 10 namizəd.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR