Bank Of Baku

Bu gün vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə test imtahanı keçirilir

Bu gün vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə test imtahanı keçirilir
# 09 noyabr 2008 08:42 (UTC +04:00)
Test imtahanında mümkün olan baldan ən azı 80 faizini toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir. Nəticələr test imtahanı başa çatdıqdan sonra bir neçə saat ərzində Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının rəsmi internet saytında (www.csc.gov.az və ya www.dqmk.gov.az) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi internet saytında (www.tqdk.gov.az) yerləşdiriləcək.

Qeyd edək ki, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 33 dövlət orqanında inzibati vəzifələrin altıncı – doqquzuncu təsnifatlarına uyğun olan 601 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu bu il oktyabrın 17-də başa çatıb. Müsabiqəyə ümumilikdə 2364 nəfər sənəd verib. Bunlardan 584 qadın (25%-i), 1780-i isə kişidir (75%-i).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR