Bank Of Baku

Bu gün dünya şöhrətli azərbaycanlı Lütfi Zadə Bakıya gəlir

Bu gün dünya şöhrətli azərbaycanlı Lütfi Zadə Bakıya gəlir
# 09 noyabr 2008 08:51 (UTC +04:00)
APA-nın xəbərinə görə, Lütfi Zadə axşam saatlarında Bakıya gələcək. Sabah isə Azərbaycan Milli Elmlər Akademiyasında onunla görüş keçiriləcək və mükafat təqdim ediləcək.

Lütfi Zadə həmçinin bu il noyabrın 11-14 arası keçiriləcək “Bakutel” illik beynəlxalq telekommunikasiya sərgisində də iştirak edəcək.

Qeyd edək ki, sərgiyə dünyadan çoxlu sayda mütəxəssislərin, tanımış simaların qatılması da gözlənilir. Cisco systems, Nokia Simens Networks və s. şirkətlərin sponsorluğu ilə keçiriləcək sərgidə informasiya texnologiyaları, iqtisadiyyat və investisiya ilə bağlı mövzular diqqətdə olacaq.

Sərgidə Azərcell, Bakcell, Forex-Az, Sinam və bir çox Azərbaycan şirkətlərinin iştirakı da planlaşdırılır.

Sərgiyə qatılacaq qonaqlar arasında dünya şöhrətli Azərbaycanlı alim, Lutfi Zadənin də olması gözlənilir.

Qeyd edək ki, “Bakutel” illik beynəlxalq telekommunikasiya sərgisi 1995-ci ildən bəri hər il keçirilir. Ötən il sərgidə 24 ölkədən 127 şirkət və 13 minə yaxın insan iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR