Bank Of Baku

Azərbaycanda gələn il keçiriləcək əhalinin siyahıya alınmasına hazırlıq başa çatır

Azərbaycanda gələn il keçiriləcək əhalinin siyahıya alınmasına hazırlıq başa çatır
# 11 noyabr 2008 09:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda 2009-cu ildə keçiriləcək əhalinin siyahıya alınması prosesinə hazırlıq işləri yekunlaşmaq üzrədir. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin (DSK) sədri vəzifəsini icra edən Arif Vəliyev bildirib.
A.Vəliyevin sözlərinə görə, hazırda DSK tərəfindən təşkilati plan hazırlanır. Təşkilati plana uyğun olaraq, rayonlaşdırma strukturları, seçici məntəqələri formalaşdırılacaq. Əhalinin siyahıya alınması prosesinə ümumilikdə 30 minə yaxın işçi cəlb olunacaq.
«Siyahıyaalma prosesinə hazırlıqla əlaqədar qarşıya çıxan əsas problem şəhər təsərrüfatı ilə bağlıdır. Küçələrin adlarının olmaması, binaların nömrələnməməsi sxematik planların tərtibinə maneçilik yaradır», - deyə A.Vəliyev qeyd edib.
Azərbaycanda keçirilən siyahıyaalmalarda etibarlılıq 97-98% təşkil edir.
Gələn il keçiriləcək siyahıyaalmada verilən sualların sayı iki dəfə artırılaraq 17-dən 35-ə çatdırılıb. Bu suallar əsasən vətəndaşların ev şəraiti, məşğuliyyəti ilə bağlıdır.
DSK-nın məlumatına görə, hazırda ölkə əhalisinin sayı 8,8 mln. nəfərə yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR