Bank Of Baku

Kəngərlidə yeni məktəb binaları istifadəyə verilib

Kəngərlidə yeni məktəb binaları istifadəyə verilib
# 12 noyabr 2008 23:51 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikasının Kəngənli rayonunda yeni məktəb binaları istifadəyə verilib. APA-nın yerli bürosunun məlumatına görə, Qıvraq qəsəbəsində inşa olunan orta məktəb binası 1026 şagird yerlikdir. Müasir memarlıq üslubunda tikilən məktəbdə ayrı-ayrı fənlərin tədrisi üçün müxtəlif sinif otaqları, fənn kabinələri, 3 laboratoriya məktəblilərin istifadəsinə verilib. Məktəb kitabxanası 19 645 nüsxə kitabla, informatika otaqları isə 27 kompüterlə təchiz olunub.

Açılış mərasimi keçirilən ikimərtəbəli Qıvraq qəsəbə uşaq musiqi məktəbi isə 24 sinif otağından ibarətdir. 240 şagirdin təhsil alacağı musiqi məktəbində ayrı-ayrı ixtisasların tədrisi üçün müvafiq şərait yaradılıb.

Qeyd edək ki, ilin sonunadək Kəngərli rayonunda daha 6 obyektin istifadəyə verilməsi nəzərdə tutulur. Bunlardan 4-ü Vətən müharibəsi əlilləri üçün fərdi mənzillər, digərləri isə Qıvraq qəsəbə nümunəvi mərkəzi və məişət evinin inzibati binalarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR