Bank Of Baku

Milli Kitabxanada 160 mindən çox kitab elektron kataloqa salınıb

Milli Kitabxanada 160 mindən çox kitab elektron kataloqa salınıb
# 12 noyabr 2008 08:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. M. F. Axundov adına Milli Kitabxanada 160 mindən çox kitab elektron kataloqa daxil edilib. Bu barədə APA-ya Milli Kitabxananın direktoru Kərim Tahirov məlumat verib. O bildirib ki, ümumilikdə kitabxanada 5 milyondan artıq kitab olsa da, onların hamısını elektron kataloqa daxil etməyə ehtiyac yoxdur. K. Tahirov elektron kataloqa Azərbaycan dilində olan ən lazımlı kitabların daxil edildiyini söyləyib: “Rus dilində olan kitablar onsuz da Rusiyanın elektron kataloqunda var. Biz Azərbaycan üçün çox vacib olan kitabların elektron kataloqunu və kitabxanasını yaradırıq”.

K. Tahirovun sözlərinə görə, artıq 2008-ci ildən 1991-ci ilə qədər nəşr olunan kitabların elektron variantı yaradılıb. 1991-ci ildən əvvəlki dövrlərə aid kitabların elektron variantı isə qismən yaradılıb. Ümumilikdə nə qədər kitabın elektron kataloqa daxil edəcəyini demək çətindir. Bunun üçün kitabın naşirindən, müəllifindən icazə alınmalıdır.

Kitabxananın direktoru hazırda Azərbaycan mətbuatının elektron analitik bazasının yaradılması üzərində çalışdıqlarını da açıqlayıb. Qəzetlərdə, jurnallarda çap olunan materialların mövzular üzrə elektron bazasının yaradılması Azərbaycanın ucqar kəndlərinə mətbuatın çatdırılması probleminin həllinə də kömək edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR