Bank Of Baku

Beynəlxalq Respublikaçılar İnstitutu Lənkəranda treninq keçirib

Beynəlxalq Respublikaçılar İnstitutu Lənkəranda treninq keçirib
# 12 noyabr 2008 09:38 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu (BRİ) Lənkəranda seminar-treninq keçirib. APA-nın Cənub bürosunun məlumatına görə, yerli hökumət və qeyri-hökumət təşkilatları nümayəndələrinin, media təmsilçilərinin iştirakı ilə iki gün davam edən tədbirdə BRİ-nin Bakı ofisinin rəhbəri Ceyk Cons çıxış edərək təmsil etdiyi qurumun fəaliyyətindən və həyata keçirdiyi layihələrdən danışıb. Daha sonra BRİ-nin nümayəndəsi və tədbirin treyneri Elçin Rzayevin “Liderlərin xüsusiyyətləri, onların formalaşdırılması yolları” mövzusunda geniş məruzəsi dinlənilib. Diskussiya şəraitində keçən seminar-treninqdə iştirakçılar liderliklə bağlı fikir və mülahizələrini bölüşdürüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR