Bank Of Baku

Azərbaycanda «Tullantıların kompleks idarəçiliyinə doğru: Sumqayıt modeli» adlı konfrans keçiriləcək

Azərbaycanda «Tullantıların kompleks idarəçiliyinə doğru: Sumqayıt modeli» adlı konfrans keçiriləcək
# 12 noyabr 2008 09:49 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Noyabrın 21-də Sumqayıt şəhər İcra Hakimiyyətində «Tullantıların kompleks idarəçiliyinə doğru: Sumqayıt modeli» adlı konfrans keçiriləcək. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Konfransda Kioto Protokolu və karbon qazının beynəlxalq ticarəti, tullantıların idarə olunması üzrə müasir təcrübə, «Bərk məişət tullantılarının kompleks idarəçiliyi» layihəsinin Sumqayıt şəhərinə tətbiqi imkanları, son illər Sumqayıtda məişət tullantılarının idarəçiliyi sahəsində görülən işlər, tullantıların toplanması, daşınması və poliqonda basdırılması işlərinin təşkili vəziyyəti və məişət tullantılarının çeşidlənməsi və gələcək emalı ilə bağlı qarşıda duran məsələlər müzakirə olunacaq.
Konfransda İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də daxil olmaqla, bir sıra dövlət qurumlarının, məişət tullantılarının idarə edilməsi üzrə yerli və xarici ekspertlərin, bu sahə üzrə ixtisaslaşmış QHT-lərin iştirakı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR