Bank Of Baku

Penitensiar Sistemə Nəzarət İctimai Komitəsinin yeni tərkibi formalaşdırılıb

Penitensiar Sistemə Nəzarət İctimai Komitəsinin yeni tərkibi formalaşdırılıb
# 12 noyabr 2008 10:34 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət İctimai Komitəsinin yeni tərkibi formalaşdırılıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir illik səlahiyyət müddəti başa çatmış İctimai Komitənin fəaliyyətinin qiymətləndirilməsi və qurumun yeni tərkibinin formalaşdırılması məqsədilə bu il noyabrın 11-də tərkibi millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti qurumların təmsilçilərindən ibarət olan Seçki Komissiyasının iclası keçirilib. Komissiyanın iclasında İctimai Komitənin ikinci tərkibi tərəfindən bir il ərzində görülən işlər haqqında məruzə dinlənilib. Aparılmış monitorinqlərin daha müntəzəm xarakter aldığı, qurumun müsbət təcrübəsinin həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmadığı, bütövlükdə fəaliyyətinin qənaətbəxş olduğu qeyd edilib. 2007-ci ildən ikinci tərkibi formalaşdırılaraq fəaliyyətini davam etdirən İctimai Komitə ötən dövrdə müxtəlif cəzaçəkmə müəssisələrində 90-dan çox monitorinq keçirib, məhkumların saxlanma şəraitinin, tibbi-sanitariya təminatının yaxşılaşdırılmasına, onların ictimai faydalı əməyə cəlb olunmasına, asudə vaxtının səmərəli təşkilinə və digər məsələlərə diqqət yetirib. Komitənin apardığı monitorinqlərin nəticələri üzrə hesabatlar Ədliyyə Nazirliyinə təqdim olunub və bu barədə ictimaiyyətə müvafiq açıqlamalar verilib.

İclasda həmçinin İctimai Komitənin qarşısında mühüm vəzifələrin durduğu vurğulanıb, qarşılıqlı dialoq və əməkdaşlı şəraitində vətəndaş cəmiyyəti və dövlət orqanları nümayəndələrinin birgə səyləri təqdir edilib. Tədbirdə komitə üzvlərinin fəaliyyətinin nəticələri qiymətləndirilib və təhlillər aparılıb. Qurumun işində iştirak etmək arzunda olan qeyri-hökumət təşkilatlarının Seçki Komissiyasına təqdim etdiyi proqram və təkliflərə baxılıb, komitənin yeni tərkibi formalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR