Bank Of Baku

Masallının daha üç kəndinə təbii qazın verilməsi bərpa olunub

Masallının daha üç kəndinə təbii qazın verilməsi bərpa olunub
# 13 noyabr 2008 00:01 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Noyabrın 12-də Masallı rayonunun Kolatan, Bala Kolatan və Bağıroba kəndlərinə təbii qazın nəqli bərpa olunub. Bu münasibətlə keçirilən mitinqdə Masallı rayon İcra Hakimiyyətinin (RİH) başçısı Qəzənfər Ağayev çıxış edərək bu yaşayış məntəqələrinə təbii qazın bərpasının Konstitusiya günü üçün layiqli töhvə olduğunu bildirib. Kənd ağsaqqalları və ziyalılar onların sosial problemlərinin həllində göstərilən köməyə görə minnətdarlıq ediblər. Həmin gün həmçinin rayonun Mahmudavar kəndində 1080 nömrə tutumlu elektron tipli yeni ATS-in açılışı olub. RİH-nin başçısı Qəzənfər Ağayev aşılış mərasimində çıxış edərək kənd sakinlərinə təbriklərini çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR