Bank Of Baku

Zaqatalada Qarabağ əlilləri və şəhid ailələri üçün bina inşa olunub

Zaqatalada Qarabağ əlilləri və şəhid ailələri üçün bina inşa olunub
# 12 noyabr 2008 22:35 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada Qarabağ əlilləri və şəhid ailələri üçün inşa olunan 28 mənzilli 4 mərtəbəli binanın açılış mərasimi keçirilib. APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, müvafiq idarələrin və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. A. Əsgərov çıxışında yeni mənzil sahibi olan Qarabağ əlillərini və şəhid ailələrini təbrik edib. Mənzil alan hər ailəyə dövlət başçısı adından televizor və DVD hədiyyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR