Bank Of Baku

Qusarda yeni məktəb binası istifadəyə verilib

Qusarda yeni məktəb binası istifadəyə verilib
# 13 noyabr 2008 03:45 (UTC +04:00)
Qusar. Solmaz Mehdiyeva-APA. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində bu gün Qusar rayonunun Yuxarı Zeyxur kəndində 400 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. APA-nın Şimal bürosunun məlumatına görə, rəsmi açılış mərasimində qeyd olunub ki, təkcə 2008-ci ildə Qusar rayonunun ucqar yaşayış məntəqələrində 9 müasir tipli yeni məktəb binası tikilərək istifadəyə verilib. Bu binalardan dördü Heydər Əliyev Fondu, üçü Dövlət Neft Şirkəti, ikisi isə Təhsil Nazirliyinin xətti ilə inşa olunub. Daha bir ucqar yaşayış məntəqəsində - Yuxarı Zeyxur kəndində hər cür tədris şəraiti, kompüter texnologiyası, fənn kabinələri ilə təchiz olunan müasir tipli məktəbin istifadəyə verilməsini kənd sakinləri, müəllim şagirdlər sevinc hissi ilə qeyd ediblər. Rəsmi mərasimdə “Azərenerji” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR