Bank Of Baku

Cənubi Qafqazda məhkəmə sisteminin müstəqilliyinin və effektivliyinin artırılması mövzusunda konfrans keçiriləcək

Cənubi Qafqazda məhkəmə sisteminin müstəqilliyinin və effektivliyinin artırılması mövzusunda konfrans keçiriləcək
# 12 noyabr 2008 16:24 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Noyabrın 19-20-də Tiflisdə Cənubi Qafqazda məhkəmə sisteminin müstəqilliyinin və effektivliyinin artırılması mövzusunda konfrans keçiriləcək. APA-nın Avropa Şurasının saytına istinadən verdiyi məlumata görə, konfrans AŞ və Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən təşkil olunub. Tədbir Gürcüstan, Azərbaycan və Ermənistanda ədalət mühakiməsinin inkişafına dəstək və məhkəmə islahatlarının prioritetlərinin müəyyənləşdirilməsi məqsədi güdür. Toplantıda hakimlərin peşəkarlığı məsələsinə də diqqət yetiriləcək.
Konfransın açılışında Avropa Şurası baş katibinin müavini Mod de Bur-Bukikkio və Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşvili çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR