Bank Of Baku

Vasif Talıbov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan missiyasının rəhbəri Vasili Yucanini qəbul edib

Vasif Talıbov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan missiyasının rəhbəri Vasili Yucanini qəbul edib
# 13 noyabr 2008 07:50 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Azərbaycan missiyasının rəhbəri Vasili Yucanini qəbul edib. APA-nın yerli bürosunun məlumatına görə, görüşdə zamanı Vasif Talıbov təşkilatın Naxçıvanla əlaqələrindən danışıb, davam edən mövcud əlaqələri müsbət dəyərləndirib.

Regionda kəhriz proqramının uğurla həyata keçirildiyini deyən Ali Məclis sədri bu istiqamətdə son dövrlərdə 200-ə qədər kəhrizə baxış keçirildiyini, proqram çərçivəsində onlardan 100-ün bərpasının nəzərdə tutulduğunu bildirib. V. Talıbov 27 kəhrizdə işə başlandığını, onların 11-də son tamamlama işlərinin aparıldığını qeyd edərək regionun təşkilatla əlaqələrinin genişləndirməsində maraqlı olduğunu vurğulayıb.

BMqT-nin Azərbaycan missiyasının rəhbəri Vasili Yucanin layihənin yeni mərhələsində planlaşdırılan işlərdən danışıb. O, birgə əlaqələrin davam etdiriləcəyini bildirib, muxtar respublikaya dörd günlük səfəri çərçivəsində bərpası başa çatan və davam etdirilən kəhrizlərə baxacağını, damcı yolu ilə suvarma üsulu layihəsi ilə tanış olacağını deyib.

Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində V. Yucanin BMqT-nin Azərbaycan missiyasının Naxçıvan Ofisinin rəhbəri Lüsi Düpertuis və regionlar üzrə layihə əlaqələndiricisi Sevda Qasımova müşayiət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR