Bank Of Baku

Hadı Rəcəbli: “Gələn il Azərbaycanda səhiyyə işçilərinin əmək haqları 54 faiz artırılacaq”

Hadı Rəcəbli: “Gələn il Azərbaycanda səhiyyə işçilərinin əmək haqları 54 faiz artırılacaq”
# 13 noyabr 2008 11:30 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət daimi Komissiyasının sədri Hadı Rəcəbli deyib. Komissiya sədri bildirib ki, dünyada gedən maliyyə problemləri Azərbaycandan da yan keçməyə bilər. Ona görə də 2009-cu ilin büdcə xərcləri 2008-ci ildəkindən 11,4 faiz çox nəzərdə tutulur. Gələn ilin büdcəsində sosial yönümlü məqsədlər üçün büdcə vəsaitinin isə 30-40 faiz artacağı gözlənilir.

2009-cu ildə səhiyyəyə ayrılan vəsaitin 32, sosial müdafiəyə ayrılan vəsaitin 33, təhsilə ayrılan vəsaitin isə 24 faiz artacağını qeyd edən H. Rəcəbli gələn il üçün yaşayış minimumunun 84 manat civarında müəyyənləşdiyini söyləyib: “Gələn ildən minimum pensiyaların baza hissəsi isə 80 manata çatdırılacaq”.

Komissiya sədrinin sözlərinə görə, gələn il səhiyyə sahəsində çalışanların əmək haqları 54 faiz artırılacaq. Azərbaycanda gələn il üçün orta aylıq əmək haqqının 353 manat müəyyənləşdirildiyini deyən H. Rəcəbli bunun əvvəlki ilə nisbətən 26 faiz artım demək olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR