Bank Of Baku

Qəbələdə uşaq hüquqları ilə bağlı dəyirmi masa keçirilib

Qəbələdə uşaq hüquqları ilə bağlı dəyirmi masa keçirilib
# 13 noyabr 2008 17:03 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov-APA. Noyabrın 13-də Qəbələ rayonunda “Azərbaycanda uşaq hüquqları – milli qanunvericilik və onun praktiki cəhətdən imrlementasiyası” mövzusunda dəyirmi masa keçirilib. BMT-nin Bakıdakı İnformasiya Ofisi, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Araratı, Milli QHT Forumu və UNİCEF-in birgə əməkdaşlığı əsasında keçirilən tədbirin əsas məqsədi hökumət, QHT, BMT və mətbuat nümayəndələrini bir araya gətirməklə uşaq hüquqları sahəsində mövcud vəziyyətə aydınlıq gətirmək və bu sahədə uyğun siyasətin və hüquqi çərçivənin olub-olmaması barədə müzakirələr aparmaqdır. Tədbirdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə nümayəndəsi Envera Selimovic, YUNİSEF-in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Muhammed Aləmi, Milli QHT Forumunun İdarə Heyətinin sədri Aydın Kərimov çıxış edərək Azərbaycanda “Ümumdünya Uşaq Günü"nün qeyd edilməsinin əhəmiyyətindən, ölkədə uşaqlarla əlaqədar müxtəlif məsələlər üzrə maarifləndirilmənin artırılmasının vacibliyindən danışmış, bunun üçün Uşaq Hüquqları haqqında Konvensiyanın həyata keçirilməsində KİV-ləri ictimai marağı daha da artırmaq işinə yardım etməyə çağırıblar. Tədbirdə yerli QHT-lər tərəfindən uşaq hüquqları ilə bağlı yeni təkliflərin hazırlanaraq Ombusman Aparatına təqdim olunması məqsədəuyğun hesab edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR