Bank Of Baku

Azərbaycanla Avropa Birliyi arasında viza rejimi ilə bağlı araşdırmaya həsr olunmuş tədbir keçirilib

Azərbaycanla Avropa Birliyi arasında viza rejimi ilə bağlı araşdırmaya həsr olunmuş tədbir keçirilib
# 14 noyabr 2008 09:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün "Sosial İqtisadi Tədqiqatlar Mərkəzi" İctimai Birliyi “Azərbaycan və Avropa Birliyi ölkələri arasında viza rejimi: araşdırma, əhalini maarifləndirmə, onun asanlaşdırılmasına dair təkliflərin hazırlanması” mövzusunda həyata keçirdiyi layihənin yekunlarına dair tədbir təşkil edib. APA-nın məlumatına görə, ictimai birliyin sədri, layihənin rəhbəri Rüfət Əfəndiyev proqram çərçivəsində Avropa Birliyinə (AB) daxil olan ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusu ilə əlaqələrin qurulmasında meydana çıxan çətinliklərdən danışıb. Onun sözlərinə görə, layihənin yekun hesabatının gecikməsinə səbəb, səfirliklərdən viza ilə bağlı cavabın alınması olub. İctimai birliyin təsisçisi Natiq Hüseynov isə deyib ki, layihə çərçivəsində onlar AB ölkələri ilə Azərbaycan arasında viza rejiminin araşdırılmasına, bu məsələdə zəruri olan prosedura qaydalarına aydınlıq gətiriblər. Hazırlanan təkliflər isə aidiyyəti tərəflərə təqdim olunub: “Layihə zamanı zəruri suallara cavab tapılması üçün internet forum təşkil olunub. Avropa Birliyinə daxil olan ölkələrdən 11-nin səfirliyinə, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinə suallara cavab verilməsi üçün rəsmi müraciət edilib. Müraciət ünvanlanan ölkə səfirliklərindən yalnız Polşa, Almaniya və İtaliyanın ölkəmizdəki səfirliklərinin rəsmiləri sualları cavablandırıblar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR