Bank Of Baku

Ukraynanın gənclər və idman naziri: “Azərbaycanın hər bölgədə olimpiya kompleksləri tikmək təcrübəsini Ukraynada da tətbiq edəcəyik”

Ukraynanın gənclər və idman naziri: “Azərbaycanın hər bölgədə olimpiya kompleksləri tikmək təcrübəsini Ukraynada da tətbiq edəcəyik”
# 14 noyabr 2008 10:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Ukraynanın ailə, gənclər və idman naziri Yuri Pavlenko Azərbaycanda iki günlük səfərdədir. APA-nın məlumatına görə, bu gün gənclər və idman naziri Azad Rəhimovla görüşən Y. Pavlenkonun səfərinin əsas məqsədi hər iki ölkənin müvafiq nazirlikləri arasında gənclər siyasəti və idman sahəsində 2008-2009-cu illər üçün əməldaşlıq proqramının müddəalarını müzakirə etmək və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsidir. Y. Pavlenko bildirib ki, Azərbaycanın hər bölgədə olimpiya kompleksləri tikmək təcrübəsi Ukrayna üçün çox önəmlidir: “Prezident Viktor Yuşşenko da bizim nazirlik qarşısında məhz hər bölgədə olimpiya kompleksləri tikmək vəzifəsi qoyub. Biz Azərbaycanın bu təcrübəsini Ukraynada da tətbiq edəcəyik“. Y. Pavlenko onu da qeyd edib ki, hazırda Ukraynada valideyn himayəsindən məhrum uşaqların hüquqlarının müdafiəsi və övladlığa götürmə sahəsində ciddi islahatlar gedir. Ukraynanın bu sahədəki təcrübəsi də Azərbaycanın dövlət qurumları ilə bölüşdürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR