Bank Of Baku

Azərbaycan hökuməti istehlak səbətinin strukturunun genişləndirilməsi məsələsini müzakirə edir

Azərbaycan hökuməti istehlak səbətinin strukturunun genişləndirilməsi məsələsini müzakirə edir
# 14 noyabr 2008 10:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan hökuməti ölkədə yaşayış minimumunun müəyyənləşdirilməsində istifadə olunan istehlak səbətinin strukturunun təkmilləşdirilməsi və dəyişikliklərin edilməsi məsələsinə baxır. «APA-Economics»in məlumatına görə, bunu noyabrın 14-də Milli Məclisdə «Azərbaycanda 2009-cu il üçün yaşayış minimumu haqqında» qanun layihəsinin müzakirəsində iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib.
S.Həsənovanın sözlərinə görə, dəyişiklik əsasən səbətə yeni xidmətlərin daxil edilməsi və kaloriliyin artırılması ilə bağlıdır.
Nazir müavini bildirib ki, dəyişikliklər təsdiq olunandan sonra istehlak səbətinə daxil olan ərzaq məhsullarının kalorililiyi 2240 kkal təşkil edəcək.
Səbətə yeni xidmətlər olaraq İnternet və bir sıra yeni İKT xidmətləri daxil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR