Oğuzda orta tunc dövrünə aid olan kurqanda arxeoloji qazıntı işləri aparılır

Oğuzda orta tunc dövrünə aid olan kurqanda arxeoloji qazıntı işləri aparılır
# 14 noyabr 2008 10:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları Oğuz rayonunda qeydə alınmış 9 kurqandan birində arxeoloji qazıntı işləri aparırlar. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, dəfn kamerasında (11 m x 4 m x 3 m) aşkar edilən qu quşu, göyərçin, bülbül, qaz, ördək, ilan fiqurları, içərisi anqobla doldurulmuş naxışlı qablar, metal məmulatı öz orijinallığı ilə fərqlənir. Kurqanın quruluşu Azərbaycanın orta tunc dövrünə aid torpaq kurqanlarla oxşar olsa da, səciyyəvi cəhətlərə malikdir.
Kurqanda yüzdən çox muncuq aşkar edilib. Zinət əşyaları, metal və qeyri metal muncuqlar, sinə bəzəkləri Azərbaycandan kənarda Anadolu, Mesopotamiya, Şimali Qafqaz, Çin, Hindistan, Əfqanıstan, İran abidələrində də qeydə alınıb. Hazırda Oğuz rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyi kurqanların qorunması və təbliği ilə bağlı tədbirlər görür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR