Bank Of Baku

Azərbaycan parlamenti gələn il üçün adambaşına yaşayış minimumunu 84 manat səviyyəsində təsdiqləyib

Azərbaycan parlamenti gələn il üçün adambaşına yaşayış minimumunu 84 manat səviyyəsində təsdiqləyib
# 14 noyabr 2008 11:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov APA-Economics. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında «Azərbaycanda 2009-cu il üçün yaşayış minimumu haqqında» qanun layihəsi müzakirə olunub.
«APA-Economics»in bildirdiyinə görə, qanun layihəsi haqqında məlumat verən parlamentin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə qeyd edib ki, gələn il üçün Azərbaycanda yaşayış minimumu adambaşına 84 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 92 manat, pensiyaçılar üçün 65, uşaqlar üçünsə 69 manat səviyyəsində nəzərdə tutulur.
Daha sonra qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR