Bank Of Baku

«Azerfon» şirkəti «BakuTel-2008» beynəlxalq sərgisi çərçivəsində keçirdiyi fotomüsabiqəyə yekun vurub

«Azerfon» şirkəti «BakuTel-2008» beynəlxalq sərgisi çərçivəsində keçirdiyi fotomüsabiqəyə yekun vurub
# 14 noyabr 2008 14:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) noyabrın 11-14-də Bakıda keçirilən «BakuTel-2008» beynəlxalq telekommunikasiya sərgisi çərçivəsində təşkil olunan «Ünsiyyət həyatdır» fotomüsabiqəsinin nəticələrini açıqlayıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, təşkil olunan fotomüsabiqənin doqquz qalibinə «Nokia N73» mobil telefonu, «Nar Kart»ları və digər hədiyyələr təqdim olunub. Müsabiqə zamanı «Nar Mobile» stendinə ümumilikdə 296 fotoşəkil təqdim edilib.
Qeyd edək ki, «Nar Mobile» şirkəti «BakuTel-2008» telekommunikasiya sərgisinin baş sponsoru rolunda çıxış edib.
Xatırladaq ki, «Azerfon» MMC-yə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün RİTN tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb. Hazırda şirkətin 870 min abunəçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR