Bank Of Baku

Bakıda “Birlikdə diabetə qarşı” mövzusunda konfrans keçirilib

Bakıda “Birlikdə diabetə qarşı” mövzusunda konfrans keçirilib
# 14 noyabr 2008 14:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Bakıda Azərbaycan Diabet Cəmiyyətinin təşkilatçılığı ilə 14 noyabr - Ümumdünya Diabet Gününə həsr olunmuş “Birlikdə diabetə qarşı” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı koordinatoru Bruno Pueza bildirib ki, diabet bütün dünyanın bir nömrəli probleminə çevrilməkdədir: “2025-ci ilə qədər 380 milyon insanın şəkərli diabetə yoluxacağı gözlənilir. Hər 10 saniyədə bu xəstəlikdən 1 nəfər dünyasını dəyişir. Bu isə ildə 4 milyon insan deməkdir”.

Səhiyyə nazirinin müavini Sənan Kərimov isə bildirib ki, Azərbaycanda şəkərli diabetə qarşı kompleks tədbirlər həyata keçirilir. Bu il ərzində 60 minə yaxın diabetli xəstə qlükometrlərlə təmin olunub. Bütün rayonlarda səhiyyə nazirinin əmri ilə diabetli xəstələrdə özünənəzarət vərdişlərini aşılamaq üçün məktəblər açılıb. Gələn il dövlət büdcəsindən şəkər diabetli xəstələrin müalicəsi üçün 19,2 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Səhiyyə Nazirliyinin baş endikronoloqu Rafiq Məmmədhəsənov isə bildirib ki, şəkərli diabetin meydana çıxdığı zamandan bəri bu xəstəlikdən ölən insanların sayı bütün müharibələrdə ölən insanların sayından çoxdur: “Buna görə də həyəcan təbilini çalmağın vaxtıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR