Bank Of Baku

Azərbaycanda yaşayan 6 min Ahıska türkü Gürcüstana köçmək üçün müraciət edib

Azərbaycanda yaşayan 6 min Ahıska türkü Gürcüstana köçmək üçün müraciət edib
# 14 noyabr 2008 14:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Gürcüstana – öz tarixi vətəninə dönmək istəyən Ahıska türklərinin sayı Azərbaycan üzrə 6 minə çatıb. Vətəndaşlıq üçün status almaq istəyən Ahıska türklərinin sayı isə getdikcə artır”. Bunu APA-ya açıqlamasında Ahıska türklərinin “Vətən” Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin sədri İbrahim Burhanov deyib. Onun sözlərinə görə, repatriasiya üçün sənədləşmə prosesi çox çətin gedir: “Proses 2008-ci ilin avqustundan başlanıb. Artıq status almaq üçün 6 min ərizə bizim qərargaha təqdim edilib. Bu məsələdə ortaya çıxan çətinlik əsasən tərcümə və digər sənədləşmə işləri ilə bağlıdır”. O, sənədləşmə prosesinin nəzərdə tutulduğu kimi, 2009-cu il yanvarın 1-nə kimi yekunlaşmayacağını bildirib: “Sənədləşmə prosesinin ağır olması üzündən müddəti uzatmaq istəyirik”.

İ. Burhanov 51 ailənin öz vəsaiti ilə tarixi vətənində ev aldığını açıqlayıb: “Biz prosesin bu şəkildə getməsində maraqlıydıq. Lakin Gürcüstan bu prosesi dayandırdı və status almazdan öncə Ahıska türklərinin bu ölkəyə köç etməsinə qarşı çıxdı”.

İ. Burhanov onu da əlavə edib ki, status almaq istəyən Ahıska türklərinin sayı bəlli olduqdan sonra beynəlxalq təşkilatlar bu məqsədlə yaradılan Ahıska Türklərinin Qayıdışına Dəstək Fonduna pul ayıracaqlarına söz veriblər. Onun sözlərinə görə, ümumilikdə repatriasiya prosesi 2012-ci ilə qədər yekunlaşmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR