Bank Of Baku

Türkiyə prezidenti Bakıda yeni inşa olunmuş orta məktəbin açılışında iştirak edib - FOTOSESSİYA

Türkiyə prezidenti Bakıda yeni inşa olunmuş orta məktəbin açılışında iştirak edib - <font color=red>FOTOSESSİYA</font>
# 14 noyabr 2008 14:54 (UTC +04:00)
Bakı-APA. Bu gün “Azərsun Holdinq”in maliyyə dəstəyi ilə inşa olunmuş orta məktəbin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, inşasına 600 min manat sərf olunmuş məktəbin açılışı mərasiminə Bakıda səfərdə olan Türkiyə prezidenti Abdullah Gül də qatılıb. Təhsil naziri cənab Misir Mərdanov, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, “Azərsun Holdinq”in prezidenti cənab Abdulbari Goozalın da qatıldığı mərasimdə prezident Abdullah Gül qırmızı lenti kəsərək, şagirdlərə təhsillərində nailiyyətlər arzulayıb. “Azərsun Holdinq”in prezidenti Abdulbari Goozala gördüyü işlər üçün təşəkkür edən Abdullah Gül istifadəyə verilən yeni binanın sinif otaqlarını gəziblər.

Qeyd edək ki, inşa olunmuş məktəb kompleksinin tədris binası 1080 m² olmaqla 4 mərtəbədən ibarətdir. Məktəbin idman zalı və akt zalında müasir üslubda yeni avadanlıqlar quraşdırılıb. Bütün sinif otaqları istilik sistemi, kondisioner, proyektor və digər texniki avadanlıqlarla təchiz edilib. Məktəbin həyətinə asfalt örtük çəkilib, ərazidə yaşıllaşdırma işləri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR