Bank Of Baku

Azərbaycanda “quş qripi” ilə əlaqədar keçirilən monitorinqin nəticələri açıqlanıb

Azərbaycanda “quş qripi” ilə əlaqədar keçirilən monitorinqin nəticələri açıqlanıb
# 14 noyabr 2008 15:03 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) respublika ərazisində “quş qripi” xəstəliyi ilə əlaqədar noyabrın 3-dən keçirməyə başladığı monitorinq zamanı götürdüyü 26 baş çöl quşu, 1403 baş ev quşunun müayinələrini yekunlaşdırıb. Dövlət Baytarlıq Xidmətindən APA-ya verilən məlumata görə, nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkarlanmayıb.

Monitorinq köçəri quşların məskunlaşdığı Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarında həyata keçirilib. DBX quşların miqrasiyasını əsas götürərək, “quş qripi” ilə əlaqədar növbəti monitorinqə dekabrın 15-də başlayacaq.

Qeyd edək ki, DBX hazırda ölkə ərazisindəki vəziyyəti sabit sayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR