Bank Of Baku

BMT Azərbaycanda növbəti beş il üçün fəaliyyət planını müəyyənləşdirəcək

BMT Azərbaycanda növbəti beş il üçün fəaliyyət planını müəyyənləşdirəcək
# 14 noyabr 2008 15:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Gələn il BMT-nin Azərbaycandakı nümayəndəliyi bu qurumun agentlikləri və Azərbaycan hökuməti ilə birlikdə növbəti 5 il üçün fəaliyyət planını müəyyənləşdirəcək. Bunu APA-ya Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı koordinatoru Bruno Pueza bildirib. Onun sözlərinə görə, son 5 ildə Azərbaycan yüksək sürətlə inkişaf edir və onun ehtiyacları 5 il əvvəlki ehtiyaclarından fərqlidir. BMT-nin əsas prinsipi isə yerləşdiyi ölkənin ehtiyaclarına əsasən fəaliyyət göstərməkdir. B. Pueza deyib ki, növbəti 5 il üçün BMT-nin Azərbaycanda əsas prioriteti yoxsulluğun azaldılmasında iştirak olacaq: “Aydındır ki, Azərbaycan sürətli inkişaf edən zəngin bir ölkədir. Azərbaycan özü müxtəlif layihələr həyata keçirə bilər. Ona görə də BMT-nin ayıracağı vəsait əvvəlki illərdən fərqli olacaq. Azərbaycan hökumətləri ilə görüşlərimizdə onu da müzakirə edəcəyik ki, BMT-nin layihələrinə hökumət özü nə qədər vəsait ayıra bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR