Bank Of Baku

Azərbaycan Tələbələri Birliyi yaradılıb

Azərbaycan Tələbələri Birliyi yaradılıb
# 18 noyabr 2008 00:35 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda tələbələri öz ətrafında birləşdirən vahid qurum - Azərbaycan Tələbələri Birliyi (ATB) yaradılıb. Bu barədə APA-ya birliyin mətbuat katibliyindən bildirilib. Məlumata görə, təşkilatın yaradılmasında əsas məqsəd tələbələrin vətəndaş cəmiyyətinin inkişafında rolunu artırmaq, onların universitet həyatında fəal iştirakını və ümumilikdə ictimai aktivliyini təşviq etmək, eləcə də sosial problemlərinin həllində, asudə vaxtlarının səmərəli təşkilində onlara yaxından kömək etməkdir. ATB rəhbəri Elvin Aslanov bildirib ki, təşkilatın yaradılması Azərbaycanda tələbələrlə bağlı vahid ictimai qurumun olmaması zərurətindən irəli gəlib. Qurum sədri qısa vaxt ərzində ATB-də 100-dən çox tələbənin birləşdiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR