Bank Of Baku

Kür və Araz çaylarında keçirilən ekoloji monitorinqin nəticələri açıqlanıb

Kür və Araz çaylarında keçirilən ekoloji monitorinqin nəticələri açıqlanıb
# 18 noyabr 2008 08:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə noyabrın I dekadasında keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunub. Belə ki, çayın Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 5, Ağstafaçayda fenollar 2, mis birləşmələri 5, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçib.
Biogen maddələrdən ammonium ionları norma daxilində olsa da, nitrit ionları Kür çayının Şıxlı-2 məntəqəsində 1,9 dəfə, Ağstafaçayın Qazax məntəqəsində 1,6 dəfə, Ağstafaçay Su Anbarında isə 2,1 dəfə YVQH-ni keçib. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.
Monitorinqin nəticələrinə görə, Ermənistanla transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıqdır. Suyun əsas çirkləndiricilərindən olan fenol və mis birləşmələri çayın Horadiz məntəqəsində 4, I Şahsevən və Bəhramtəpə məntəqələrində isə 3 dəfə YVQH-i keçib.
Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1,2 dəfə, Bəhramtəpədə 1,4 dəfə, I Şahsevəndə 1,8 dəfə YVQH-i ötüb. Bunun da əsas səbəbi Ermənistan ərazisindən axıdılan çirkab sulardır.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6,05-8,19 mq/l arasında dəyişərək norma daxilində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR