Bank Of Baku

Azərbaycan və İsveç məşğulluq sahəsində təcrübə mübadiləsi aparacaq

Azərbaycan və İsveç məşğulluq sahəsində təcrübə mübadiləsi aparacaq
# 18 noyabr 2008 12:17 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, F.Ələkbərov bildirib ki, Azərbaycan son illər iqtisadi inkişafda nailiyyətlər əldə edib. Azərbaycanda işsizlik səviyyəsi 1995-ci ildə 17%-dən yüksək olduğu halda, hazırda bu göstərici 6,2%-ə enib. Son bir neçə ildə aparılmış tədbirlər nəticəsində ölkədə yoxsulluq səviyyəsi isə 15,8%-ə qədər aşağı düşüb. Ötən 5 ildə Azərbaycanda 740 min iş yeri yaradılıb. Hazırda ölkədə 132 min ailə ünvanlı dövlət sosial yardım alır. Onların 45%-ə yaxınını üç və daha çox uşaqlı ailələrdir. Yardım alanların 90%-də yetkinlik yaşına çatmayan ailə üzvləri var.
Nazir həmçinin qeyd edib ki, 2007-ci ildə Azərbaycanda inşaat sektorunda çalışan 245 min insanın təqribən 70 min nəfəri muzdla işləyib. F.Ələkbərov Azərbaycanın keyfiyyətli əmək bazarına malik olduğunu və Avropa şirkətlərinin artıq bundan faydalanmağa başladığını söyləyib.
Sven Otto Littorin isə bildirib ki, Azərbaycanda baş verən iqtisadi inkişaf Dünya Bankının hesabatlarında da öz əksini tapıb. İsveçli nazirin sözlərinə görə, məşğulluq problemi onun təmsil etdiyi ölkədə də olub. Hər 5 isveçlidən biri müntəzəm məşğulluqla təmin edilmədiyi üçün bu ölkənin müvafiq nazirliyi problemin qarşısını almaq üçün kampaniya keçirib. Nazirin sözlərinə görə, qeyd edilən problemi yaradan səbəblərdən biri ölkədə işsizlik səviyyəsinin gizlədilməsi, işsizlərin əmək bazarından kənarda qalması olub.
Görüşün sonunda yekun protokol imzalanıb. F.Ələkbərov imzalanma mərasimindən sonra bildirib ki, bu sənəd çərçivəsində hər iki ölkə məşğulluq sahəsində təcrübə mübadiləsi aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR