Bank Of Baku

Şirvan Apelyasiya Məhkəməsində ADP İmişli rayon təşkilatının sədri Məhbub Zülfüqarlının şikayətinə baxılacaq

Şirvan Apelyasiya Məhkəməsində ADP İmişli rayon təşkilatının sədri Məhbub Zülfüqarlının şikayətinə baxılacaq
# 18 noyabr 2008 12:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Şirvan Apelyasiya Məhkəməsində Azərbaycan Demokrat Partiyasının (ADP) İmişli rayon təşkilatının sədri Məhbub Zülfüqarlının apelyasiya şikayətinə baxılacaq. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclas noyabrın 20-də hakim Əhəd Əhmədovun sədrliyi ilə keçiriləcək. M. Zülfüqarlı apelyasiya şikayətində İmişli rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvini xahiş edib.

Qeyd edək ki, M. Zülfüqarlı haqqında bu ilin sentyabrında İmişli rayon məhkəməsi rayon bazarının sahibi Əziz Quliyevin iddiasına əsasən, bir il müddətinə şərti cəza və 3 min manat cərimə olunması ilə əlaqədar qətnamə qəbul edib. Ə. Quliyev təşkilat sədrinin mətbuatda onun şərəf və ləyaqətini alçaldan yazılarla çıxış etdiyini iddia edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR