Bank Of Baku

Azərbaycanda «Ailələrin sosial reabilitasiyası haqqında» qanun layihəsi hazırlanır

Azərbaycanda «Ailələrin sosial reabilitasiyası haqqında» qanun layihəsi hazırlanır
# 18 noyabr 2008 13:14 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «Ailələrin sosial reabilitasiyası haqqında» qanun layihəsi hazırlayır. «APA-Economics»in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.
Nazir müavininin sözlərinə görə, qanun layihəsi artıq bu yaxınlarda ölkə hökumətinin müzakirəsinə təqdim olunacaq.
N.Məmmədov bildirib ki, gələn ildən ölkədə penitensiar sistemdən azadlığa çıxmış şəxslər və yeniyetmələr üçün Sosial Reabilitasiya Mərkəzləri tikiləcək. Bu mərkəzlərdə yeni peşələrə yiyələnmək üçün xüsusi kabinetlər də yaradılacaq.
Nazir müavini əlavə edib ki, bu mərkəzlərin tikintisi artıq gələn ilki dövlət büdcəsinin layihəsində nəzərə alınıb və ilk belə mərkəz artıq 2009-cu ilin sonunda açılacaq. Reabilitasiya mərkəzləri Bakı ilə yanaşı, regionlarda da fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR