Bank Of Baku

Nuh peyğəmbərin məzarüstü türbəsinin bərpası başa çatıb

Nuh peyğəmbərin məzarüstü türbəsinin bərpası başa çatıb
# 18 noyabr 2008 13:20 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvanda Nuh peyğəmbərin məzarüstü türbəsinin bərpası başa çatıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Elmi-bərpa İstehsalat İdarəsinin baş mühəndisi Azər Nəsirlinin APA-nın yerli bürosuna verdiyi məlumata görə, məqbərənin bərpası elmi əsaslarla aparılıb. O bildirib ki, 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix və Etnoqrafiya İnstitutunun əməkdaşları ərazidə qazıntı işləri aparıb. Bərpa olunan türbə Naxçıvan şəhərinin “Köhnə qala” adlanan hissədə tapılan özül hissənin qalıqları üzərində ucaldılıb.
A. Nəsirli onu da əlavə edib ki, məqbərənin bərpa layihəsi qazıntı zamanı aşkarlanan bünövrə, əvvəllər mövcud olmuş üzlük naxışlı daşların qalıqları və digər maddi nümunələr əsasında hazırlanıb. Layihəyə əsasən bərpa işləri zamanı tarixi abidənin üzərində göy-yaşıl kaşıdan naxışlar salınıb, qədim ornament və həndəsi naxışlardan istifadə olunub, ziyarəti üçün müvafiq şərait yaradılıb. Məzarüstü türbə iki hissədən-- Nuh peyğəmbərə aid edilən məzar-sərdabə və ziyarət otağından ibarətdir.
Qeyd edək ki, eramızdan əvvəl 6-cı minilliyə aid edən məzar-türbə 8 və 12-ci əsrlərdə bərpa edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR