Bank Of Baku

Azərbaycan paytaxtında «qul bazarları» yığışdırılacaq

Azərbaycan paytaxtında «qul bazarları» yığışdırılacaq
# 18 noyabr 2008 13:32 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib. Nazir müavininin sözlərinə görə, bu layihənin reallaşdırılması üçün vaxt tələb olunur.
N.Məmmədov bildirib ki, noyabrın 20-21-də Bakıda əmək yarmarkası keçiriləcək. Yarmarkada müxtəlif müəssisələr tərəfindən 7 minə yaxın vakant iş yerinin təqdim ediləcəyi gözlənilir. Vakant iş yerlərinin 80-85%-i özəl sektora aiddir.
Azərbaycanın əmək bazarının vəziyyəti ilə bağlı bəzi məqamlara toxunan nazir müavininin sözlərinə görə, bəzi ixtisaslar üzrə işləmək üçün xarici ölkədən mütəxəssis dəvət etməyə hələ də ehtiyac var: «Bu ixtisaslar, əsasən, neft və yeni informasiya texnologiyaları sahəsi ilə əlaqədardır. Amma elə ixtisaslar var ki, məsələn, aşpaz, sürücü, elektrik ölkədə kifayət qədərdir. Ona görə də həmin ixtisaslar üzrə xaricdən işçilərin gətirilməsinə ehtiyac yoxdur».
N.Məmmədov Azərbaycanda əmək miqrantlarının daha çox neft və tikinti sektorunda çalışdığını da açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR