Bank Of Baku

«Bank Standard» Bakıda keçiriləcək əmək yarmarkasında iştirak edəcək

«Bank Standard» Bakıda keçiriləcək əmək yarmarkasında iştirak edəcək
# 18 noyabr 2008 13:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Kommersiya Bankı (SKB) bu ilin noyabr ayının 20-21-də Bakıda keçiriləcək əmək yarmarkasında iştirak edəcək.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumat görə, yarmarkada «Bank Standard» tərəfindən risk-menecment, maliyyə analizi, klirinq, müştəri xidmətləri (fiziki və hüquqi şəxslər), habelə digər sahələr üzrə 20-dən çox vakant yerə namizədlər haqqında məlumat toplanılacaq.
Bununla yanaşı, bank yarmarkada, açılışı 2009-cu ilin ortalarına planlaşdırılmış yeni filiallar üçün işçi kadrlar toplamaq niyyətindədir. Bu səpkidə bankın diqqətini həm maliyyə sektorunda kifayət qədər təcrübəsi olan peşəkarlar, həm də kadr seçimi üzrə xüsusi testlərdə özünü sınamış gənc kadrlar cəlb edir.
Qeyd edək ki, noyabrın 20-21-də Bakıda keçiriləcək əmək yarmarkasında müxtəlif müəssisələr tərəfindən 7 minə yaxın vakant iş yerinin təqdim ediləcəyi gözlənilir. Vakant iş yerlərinin 80-85%-i özəl sektora aiddir.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 660,816 mln. manat, kredit portfeli 441,570 mln. manat, depozit portfeli 173,036 mln. manat, məcmu kapitalı 85,914 mln. manat, o cümlədən nizamnamə kapitalı 50 mln. manat təşkil edib. Bankın işçilərinin sayı 410 nəfər təşkil edir və bunun 32%-i bu il ərzində işə qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR