Bank Of Baku

Gəncə Avtomobil Zavodunda yeni qaynaq-yığım sexi fəaliyyətə başlayıb

Gəncə Avtomobil Zavodunda yeni qaynaq-yığım sexi fəaliyyətə başlayıb
# 19 noyabr 2008 07:25 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı- APA. Gəncə Avtomobil Zavodunda (GAZ) yeni yaradılmış qaynaq-yığım sexi fəaliyyətə başlayıb. GAZ-ın baş mühəndisinin müavini Vahid Məmmədovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, Türkiyədən gətirilən komplektləşdiricilərin əsasında yükgötürmə qabiliyyəti 6 ton olan qoşquların yığımı təşkil olunub: “Bir sıra ehtiyat hissələri yerli şəraitdə istehsal olunur. Bu günə qədər sifarişə əsasən 6 ədəd qoşqu istehsal olunub”. Müəssisədə istehsal olunan qoşquların qiyməti 8200 manatdır. İkin olaraq yerli bazara çıxarılan qoşquların gələcəkdə qonşu dövlətlərdə də satışı planlaşdırılıb. GAZ-da həmçinin yükgötürmə qabiliyyəti 1-1,5 ton olan yedəklərin istehsalı da nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR